2023-cü ilin sentyabrında Qarabağda antiterror əməliyyatı zamanı şəhid olan Azər Məmmədovun bacısı vəfat edib. 

"Unikal"ın məlumatına görə, şəhid bacısı Günay Məmmədova xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

Qeyd edək ki, Azərbaycan Respublikası Daxili Qoşunlarının müddətdən artıq həqiqi hərbi qulluqçusu Məmmədov Azər Sulduz oğlu 9 yanvar 1990-cı ildə Biləsuvar şəhərində anadan olmuşdur. 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılan antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məmmədov Azər Sulduz oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib. Şəhidin 1 oğul və 1 qız övladı dövlətimizə əmanətdir.

Xəlil Əliyev