Fransa prezidenti Emmanuel Makron bazar ertəsi Oval Ofis danışıqları zamanı amerikalı həmkarına Avropanın Ukraynaya verdiyi dəstəyin mahiyyəti ilə bağlı düzəliş etməyə çalışıb. 

"Unikal" xəbər verir ki, Makron Donald Trampın sözünü kəsərək faktları təhrif etdiyinə işarə edib.

“Avropa Ukraynaya borc pul verir. Onlar pullarını dərhal geri alırlar" deyən Trampa Makron belə cavab verib:

“Xeyr, düzünü desəm, biz ümumi səyin 60%-ni ödədik. Bu, ABŞ-dakı kimi idi: həm kreditlər, həm də qrantlar. Avropada Rusiyanın dondurulmuş aktivlərində 230 milyard dollar var. Amma bu, bizim mülkümüz deyil”.

Tramp, buna məhəl qoymayaraq sözlərinə davam edib: “Əgər buna inanırsınızsa, mənim üçün yaxşıdır. Onlar pullarını geri alırlar, biz isə yox. Amma indi bunu edirik”.