Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukrayna üzrə Rusiya-Amerika danışıqları baş tutacaq.
"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın “Zeit” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
"Rusiya və ABŞ nümayəndələri bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yenidən Ukraynanın gələcəyi ilə bağlı danışıqlar aparırlar", - KİV yazıb.
"Zeit"in mənbələrinə görə, bu, ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında baş tutan görüşün davamıdır.
Ər-Riyaddakı danışıqlar Fransa prezidenti Emmanuel Makronun Vaşinqtona səfərindən bir gün sonraya təsadüf edir. KİV bildirib ki, Ukraynada atəşkəs bir neçə həftə ərzində əldə edilə bilər.
Gülayə Mecid