"Rusiya Serbiya prezidenti Aleksandr Vuçiçin üzrxahlığını qəbul edib".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Əlbəttə, eşitdik, təbii ki, qəbul etdik. Doğrudan da, texniki səhvlər olur və təbii ki, dövlət başçısının belə operativ reaksiyası bizi çox cəlb edir", - Peskov bildirib.
Bundan əvvəl Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin Serbiya nümayəndə heyətinin BMT Baş Assambleyasında Ukraynaya dair anti-Rusiya qətnaməsinə səs verməsini biabırçılıq adlandırıb.
Vuçiç isə yerli mətbuata açıqlamasında etiraf edib ki, Belqrad nümayəndələri səhvən BMT-də Ukrayna ilə bağlı Qərb qətnaməsinə səs veriblər.
Gülayə Mecid