"ABŞ prezidenti Donald Trampın əlinin üzərindəki qançır tez-tez əl sıxışması nəticəsində yaranıb".

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə açıqlamasında deyib. 

Belə ki, Trampın əlindəki qançır Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı müşahidə edilib. Sosial mediada gündəm olan məsələyə Levitt aydınlıq gətirib. 

“Prezident Trampın əllərində qançırlar var, çünki o, daim işləyir və hər gün əl sıxır”, - deyə o, bildirib. 

Mətbuat katibi Trampı “xalqın adamı” adlandırıb və əlavə edib ki, onun əl sıxması daim işinin başında olması ilə əlaqədardır. 

Gülayə Mecid