"Rusiya regionlarına çevrilən ərazilər ölkənin ayrılmaz hissəsidir, bu fakt müzakirə olunmur".

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib. 

O qeyd edib ki, Rusiya Federasiyasının tərkibinə daxil olan ərazilər Konstitusiyada göstərilib və “Rusiyanın tərkib hissəsidir”.

"Bu, tamamilə təkzibedilməz və müzakirə olunmayan faktdır ", - Peskov vurğulayıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, Vaşinqton Rusiya ilə mümkün razılaşmanın bir hissəsi kimi Ukraynanın “mümkün qədər” geri qayıtmasını təmin etməyə çalışacaq. 

Bildirək ki, Rusiya-Ukrayna müharibəsindən bəri  (24.02.2022-ci il) Ukraynanın bəzi əraziləri xüsusilə Donetsk, Luqansk və digər bölgələri könüllü şəkildə Moskvanın nəzarəti altına keçdiyini açıqlamışdı. 

Gülayə Mecid