Gəncədə 34 yaşlı qadın əri tərəfindən döyülüb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəli küçəsində qeydə alınıb. Sözügedən küçədə yaşayan şəhər sakini 1991-ci il təvəllüdlü Humay Abdıyeva döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına yardım edilib, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə qadını ailə münaqişəsi zamanı həyat yoldaşı E.Abdıyev döyüb.

Hazırda fakt araşdırılır.

Tural Əhmədov