Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evə yollanıb. 

"Unikal" xəbər verir ki, ABŞ prezidenti Donald Tramp onu qarşılayıb. 

Qeyd edək ki, Ağ Evdə Ukraynanın mineral ehtiyatlarının hasilatı və istifadəsi ilə bağlı sazişin imzalanması gözlənilir. 

Zelenski razılaşmanı ilkin adlandırıb və ABŞ-dan təhlükəsizlik zəmanəti də daxil olmaqla, gələcək razılaşmalara ümid etdiyini bildirib. Bununla belə, Tramp bildirib ki, Vaşinqton Ukraynaya mühüm təhlükəsizlik zəmanəti vermək niyyətində deyil və Kiyevə dəstək üçün əsas məsuliyyətin Avropanın üzərinə düşməli olduğunu vurğulayıb.

Amerika prezidenti həmçinin qeyd edib ki, Ukraynada nadir torpaq metallarının hasilatı ilə məşğul olan Amerika şirkətlərinin olması ölkə üçün “avtomatik müdafiə”yə çevriləcək, lakin eyni zamanda Kiyevə NATO-ya üzv olmağı “unutmağı” təklif edib.