"Mən narkotik alverçiləri üçün ölüm cəzası tətbiq etməyə hazıram".
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp ölkə qubernatorları ilə görüşdə deyib.
"Cəza çox ağır olmalıdır. Diqqət etsəniz, ölüm hökmünün mövcud olduğu hər bir ölkədə narkotiklərlə bağlı problem yoxdur", - deyə Ağ Ev rəhbəri qeyd edib
O, bu cəzanın “çox humanist” olduğunu vurğulayıb, çünki bir narkotik alverçisi orta hesabla “ən azı 500 adamı öldürür”.