İran prezidenti Məsud Pezeşkian parlamentdə Vaşinqtonla nüvə sazişi və sanksiyaların ləğvi ilə bağlı danışıqları bərpa etmək niyyətində olduğunu bildirib.
"Unikal" xəbər verir ki, İranın ali dini lideri Əli Xamenei isə ABŞ-lə dialoqa qarşı çıxıb.
"Mən düşünürdüm ki, biz ABŞ ilə dialoq aparmalıyıq, lakin Ali Rəhbər dedi ki, ABŞ-lə heç bir danışıqlar aparılmamalıdır. Sonda biz Amerika ilə dialoq aparmayacağımızı söylədik", - Pezeşkian bildirib.