1929-cu ildən Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən verilən və kino dünyasının ən yaxşılarını seçən "Oskar" mükafatları Los-Ancelesdəki "Dolby" Teatrında təşkil edilən möhtəşəm mərasimlə təqdim edilib.

"Unikal" xəbər verir ki, mərasimdə kamera önü və arxasında çalışan kino sənayesinin ulduzları bir araya gəlib. Konan O'Brayenin aparıcılıq etdiyi mərasimdə iz buraxan film "Anora" olub. Film ümumilikdə altı nominasiya üzrə namizəd olub və onlardan beşində qalib gəlib. 

 Builki mərasimin sürprizlərindən biri də Adrien Brody'nin 22 ildə ikinci "Oskar"ını qazanması olub. Brodi 2003-cü ildə cəmi 29 yaşında olarkən "Pianoçu" filmindəki roluna görə ən yaxşı aktyor nominasiyasında Oskar qazanmışdı. Bu il o, "The Brutalist" ilə eyni mükafata layiq görülüb. Təşəkkür nitqi zamanı çox həyəcanlı olan məşhur aktyor göz yaşlarını saxlaya bilməyib.  

Gecədə "Oskar" mükafatı qazanmış digər şəxslər və filmlər:

Ən yaxşı rejissor: Sean Baker - "Anora"
Ən yaxşı aktrisa: Mikey Medison - "Anora"
Ən yaxşı aktyor: Adrien Brody, "The Brutalist"
Ən yaxşı bədii tərtibat işi: "Wicked: The Tale of the Witch of the West"
Ən yaxşı operator işi: "The Brutalist"Ən yaxşı orijinal ssenari: "Anora"
Ən yaxşı sənədli film: "No other land"
Ən yaxşı ikinci dərəcəli aktyor: Kirean Culkin
Ən yaxşı ikinci dərəcəli aktrisa: Zoe Saldana
Ən yaxşı animasiya: "Flow"
Ən yaxşı montaj (Sean Baker) : "Anora"

Ən yaxşı qısametrajlı sənədli film: “The Only Girl in the Orchestra”
Ən yaxşı makiyaj və saç düzümü: "Substance"
Ən yaxşı kostyum dizaynı: "Wicked: The Tale of the Witch of the West"
Ən yaxşı mahnı: El Mal, "Emilia Perez"
Ən yaxşı səs: "Dune: Part Two" filmi
Ən yaxşı vizual effektlər: "Dune: Part Two" filmi
Ən yaxşı beynəlxalq film: "I'am stil l here"
Ən yaxşı uyğunlaşdırılmış ssenari: "The Conclave"
Ən yaxşı beynəlxalq film: “I'm Still Here”
Ən yaxşı sənədli film: "No Other Land"
Ən yaxşı qısametrajlı film: “I Am Not a Robot”
Ən yaxşı qısametrajlı cizgi filmi: “In the Shade of the Cypress”