Bu gün futbol üzrə Misli Premyer Liqasında XXV tura start veriləcək.

"Unikal" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turnir cədvəlinin autsayderi “Səbail” doğma meydanda “Şamaxı” ilə qarşılaşacaq. “ASCO Arena”da təşkil olunacaq oyun saat 17:00-da başlayacaq.

“Dənizçilər” 18 xalla sonuncu – 10-cu, bölgə klubu isə 21 xalla 8-ci pillədə qərarlaşıb.

Günün sonuncu matçında son çempion “Qarabağ” “Sumqayıt”ın qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşacaq qarşılaşma saat 19:30-da başlayacaq.

"Köhlən atlar" hazırda 57 xalla liderdir. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 7-ci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

XXV tur

3 mart

17:00.“Səbail” – “Şamaxı”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov.

VAR: Rəşad Əhmədov.

VAR köməkçisi: Namik Hüseynov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

“ASCO Arena”

19:30. “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.

VAR: Kamal Umudlu.

VAR köməkçisi: Rahil Ramazanov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, XXV turun digər oyunları martın 5-6-da keçiriləcək.