Ağstafada 59 yaşlı qadını maşın vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Poylu qəsəbəsi ərazsində baş verib. “VAZ" markalı avtomobil yolu keçmək istəyən 59 yaşlı T.Əliyevanı  vurub. Piyada xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı  rayon polis şöbəsində araşdırma aparılır.

Tural Əhmədov