ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə İranı maraqlı günlərin gözlədiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, ABŞ liderinin sözləri xarici KİV-də yayılıb. 

Tramp qeyd edib ki, onun məşğul olacağı növbəti ən mühüm beynəlxalq məsələ İranın nüvə proqramı olacaq: "İranı qarşıda maraqlı günlər gözləyir". 

O, konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb. 

Prezident vurğulayıb ki, Tehranın nüvə silahına malik olmasına icazə verilməməlidir. 

Ağarza Elçinoğlu