Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Azərbaycan və Ermənistan liderləri İlham Əliyevi və Nikol Paşinyanı sülh sazişi münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Şurasının sədri X-də yazıb.

"Mən sizi sülh sazişinin sürətlə imzalanması ilə irəliləməyə çağırıram. Aİ Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik istiqamətində bütün addımları dəstəkləməyə hazırdır", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu