Ağstafada piyadanı maşın vuraraq öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2106" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1985-ci il təvəllüdlü E.Rzayevi vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov