17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirib.

"Unikal" xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan yığmamız Bolqarıstan seçməsi ilə üz-üzə gəlib.

Bayıl stadionunda təşkil olunan qarşılaşma Nərgiz Qurbanovanın yetirmələrinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz qrupda son oyununu martın 18-də saat 13:00-da Malta kollektivinə qarşı keçirəcək.