Mingəçevirdə yol kəsişməsində baş verən qəza nəqliyyatın hərəkətinə tıxac yaratdı  
"Unikal"ın  məlumatına görə, hadisə  Mingəçevirdə Rəsul Rza və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində baş verib. İki minik avtomobilinin iştirakı ilə baş verən qəzanın  kəsişmənin tam mərkəzinə təsadüf etməsi nəqliyyatın hərəkətinə məhdudiyyət və problem yaradıb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov