Cənubi Koreyanın şimal-qərbində pilotsuz təyyarə hərbi helikopterlə toqquşub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, toqquşma Yancu şəhərində ordunun aviasiya batalyonunun yerləşdiyi ərazidə baş verib. Məlumata görə, hərbi helikopter PUA ilə toqquşduqdan sonra yanıb.

Yanğının söndürülməsinə 50 nəfər canlı qüvvə və 20 texnika cəlb olunub. Ölən və yaralananlar olmayıb. Toqquşmanın səbəbləri və dəymiş maddi ziyanın dəqiq məbləği müəyyənləşdirilir.

Gülayə Mecid