İspaniyanın "Barselona" komandasının yarımmüdafiəçisi Mark Kasado sıradan çıxıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, İspaniya La Liqasının XXVIII turunun "Atletiko” ilə oyununda (4:2) zədələnən 21 yaşlı futbolçu mövsümün sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq.

Oyunçuya sağ dizinin yan bağının qismən qopması diaqnozu qoyulub. Futbolçunun əməliyyat olunmayacağı, lakin tam sağalması üçün bir neçə ay müalicə alacağı bildirilib.

Qeyd edək ki, Mark Kasado bu mövsüm Kataloniya təmsilçisinin heyətində 36 oyunda bir qol və altı məhsuldar ötürmə ilə yadda qalıb.