Siyəzəndə şəhidin və anasının məzar daşının sındırıldığına dair məlumatlar yayılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis baş leytenantı Xəyal Talıbov "Unikal"a açıqlamasında bildirib ki, yayılan iddialar həqiqətə uyğun deyil:

"Sözügedən hadisə təxminən 2 ay əvvəl güclü külək zamanı baş verib. Bir neçə məzar daşı aşıb, bəzi evlərin dam örtüyünə və hasarına ziyan dəyib", - deyə o qeyd edib.

Murad İbrahimli