Ermənistanın baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyinə atəşkəsi pozmamaq üçün dəqiq göstərişlər verib.
"Unikal" xəbər verir ki, bu barədə o, "Telegram" kanalında məlumat verib.
“Ermənistan müharibəyə deyil, sülhə doğru irəliləyir”, - deyə o yazıb.
Bu, Paşinyanın bu gün sosial şəbəkədə ikinci paylaşımıdır. Bundan əvvəl o, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsinin razılaşdırıldığını və imzalanmasını gözlədiyini yazıb.