Gürcüstanın baş naziri İrakli Kobaxidze İrəvana gedib və erməni həmkarı Nikol Paşinyanla görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Kobaxidze X sosial şəbəkəsində bildirib.
O, Paşinyanla ikitərəfli əməkdaşlığı, həmçinin regional prosesləri və hadisələri müzakirə edib.
Gürcüstan hökumətinin başçısı qeyd edib ki, bugünkü görüş ikitərəfli əməkdaşlığın dərinləşməsinə töhfədir.