Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin üzvü Kirsti Koventrini təşkilatın yeni rəhbəri seçilməsində qələbəsi münasibətilə təbrik edib.
"Unikal" xəbər verir ki, bu barədə məlumat Kremlin saytında dərc olunub.
Yeni rəhbər BOK-un Yunanıstanda keçirilən 144-cü sessiyasında martın 20-də keçirilən səsvermənin birinci turundan sonra seçilib.
41 yaşlı Koventri tarixdə BOK-a rəhbərlik edən ilk qadın olub. O, 2013-cü ildən təşkilatın üzvüdür.
Fevralın 26-da BOK Tomas Baxın təşkilatın rəhbəri vəzifəsindən istefasını qəbul edib. Qərar səlahiyyətlərin BOK-un yeni rəhbərinə veriləcəyi 2025-ci il iyunun 23-dən sonra qüvvəyə minəcək.
Gülayə Mecid