Dünyanın demək olar ki, hər bir ölkəsində xoşbəxtlik səviyyəsini qiymətləndirən hesabat BMT-nin sifarişi ilə hazırlanıb.

"Unikal" xəbər verir ki, məlumatlar "Gallup" agentliyi tərəfindən toplanıb və təhlil Oksford Universitetinin Rifah Araşdırma Mərkəzi tərəfindən aparılıb. 

Reytinqin ilk onluğu keçən ildən bəri ciddi dəyişməyib: ən xoşbəxt insanlar hələ də Şimali Avropada yaşayırlar. Finlandiya səkkiz il ard-arda birinci yeri tutub. Onun ardınca Danimarka, İslandiya, İsveç və Niderland gəlir. İlk yeddiliyi Norveç tamamlayır. 

"Skandinaviyalılarla yanaşı, Meksika və Kosta-Rika da ilk onluğa daxil olublar. Meksika onuncu, Kosta-Rika altıncı yerdədir. İsrail səkkizinci yeri tutmağı bacarıb, deyəsən bu ölkənin sakinləri nə müharibədən, nə də terrordan sarsıla bilməyiblər. Düzdür, burada mühüm bir detal var: fələstinlilər ayrı-ayrılıqda hesablanıb və hesabata əsasən, onlar daha pis vəziyyətdədirlər. Fələstin builki reytinqdə 108-ci yerdə qərarlaşıb.

Asiyanın ən xoşbəxt ölkəsi 27-ci yerdə olan Tayvan olub. Çin 68-ci yerdə, onun bir hissəsi olan Honq-Konq 86-cı yerdədir", - agentlik qeyd edib. 

Siyahı Sierra Leone, Livan, Malavi, Zimbabve, Botsvana, Konqo Demokratik Respublikası, Yəmən, Komor və Lesoto ilə tamamlanır. Əfqanıstan reytinqdə sonuncu yerdə qərarlaşıb və hesabatda xüsusi olaraq ölkədə qadınların rifah halının qiymətləndirilməsinin kişilərdən xeyli aşağı olduğu qeyd edilib. 

Gülayə Mecid