Gürcüstan milli futbol komandası Millətlər Liqasının pley-off mərhələsində ilk oyununu martın 20-də səfərdə Ermənistan millisi ilə keçirib.
"Unikal" xəbər verir ki, İrəvanda keçirilən oyunun 33-cü dəqiqəsində Giorgi Koçoraşvili hesabı açıb. Oyunun 36-cı dəqiqəsində Giorgi Mikautadze 2-ci qolu vurub. Oyunun ikinci hissəsinin 58-ci dəqiqəsində Mikautadze hesabı 3:0 edib.
Martın 23-də Tbilisidə Gürcüstan və Ermənistan yığmaları arasında ikinci oyun keçiriləcək.
Millətlər Liqasının B divizionunun gələcək iştirakçısı Gürcüstan və Ermənistan milliləri arasında keçiriləcək iki turlu qarşıdurmada müəyyənləşəcək.