Xartumda prezident sarayına pilotsuz təyyarənin hücumu nəticəsində üç sudanlı media işçisi həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Məlumata görə, PUA Sudan ordusunun bölmələri ilə toqquşmada olan Çevik Hərəkət Qüvvələrinə məxsus olub.

Bir müddət əvvəl Sudan ordusu Xartumun mərkəzindəki prezident sarayı və eyni ərazidə bir neçə nazirlik binası üzərində nəzarəti bərpa etdiyini açıqlamışdı.

Ağarza Elçinoğlu