"İtkin düşmüş şəxslərlə iş üzrə komitələrin iclası keçirilib, iclasda çoxsaylı məsələlər müzakirə edilib və yuxarıda qeyd olunan işlərin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan MTX-nin direktoru Armen Abazyan deyib.

O, müəyyən məxfiliyi ehtiva etdiyi üçün təfərrüatları açıqlamayıb: "Qalıqların daşınması üçün tarixləri dəqiqləşdirə bilməmişik. Bundan aylar əvvəl deyirdim ki, görüş olacaq, nəhayət fevralın 7-də oldu. Hər şey edilir ki, növbəti görüş baş tutsun və nəticədə itkin düşənlərin və əsir düşənlərin valideynlərini narahat edən məsələlərə cavab alaq".

O məhkumların qaytarılması məsələsindən də danışıb: "Hazırda nəzərəçarpacaq nəticələr barədə heç nə demək istəmirəm. İndi siz o ağrılı və çox mürəkkəb suala cavab almaq istəyirsiniz və bu cavab sizi qane etməyə bilər, ona görə yox ki, uğurlu deyilik, ona görə ki, hazırda bəxtimiz gətirmir".

Ağarza Elçinoğlu