İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun "Korrupsiya" istintaqındakı ifadəsi tamamlanıb.

"Unikal" "Sözçü" qəzetinə istinadən xəbər verir ki, İmamoğlunun açıqlamasında "Mən heç bir cinayət törətməmişəm. İttihamları qətiyyətlə rədd edirəm. İstintaq qarayaxma və cinayət törətmək məqsədi daşıyır, istintaqın heç bir məntiqi, hüquqi və inandırıcı tərəfi yoxdur. Burada olmamağımın səbəbi mənə qarşı başlatılan siyasi müdaxilə və mübarizədir", - sözləri yer alıb. 

Xatırladaq ki, martın 19-da saxlanılan İBB sədri Əkrəm İmamoğlu  "PKK terror təşkilatına kömək etmək", "cinayət təşkilatına rəhbərlik etmək", "cinayət təşkilatının üzvü olmaq", "rüşvət", "fırıldaqçılıq", "şəxsi məlumatları qanunsuz şəkildə əldə etmək" və "tender saxtakarlığı"nda ittiham olunur. 

Gülayə Mecid