ABŞ-nin "İnter Mayami" komandasının ulduz futbolçusu Lionel Messi Avropaya qayda bilər.

"Unikal" xəbər verir ki, İspaniyanın "Barselona" klubu 37 yaşlı argentinalı hücumçunu geri qaytarmaq istəyir. Kataloniya təmsilçisi sabiq futbolçusunu 2026-cı ilin yayında heyətinə cəlb etməyi planlaşdırır.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Onun müqaviləsi 2025-ci ildə başa çatacaq.