İBB sədri Əkrəm İmamoğlunun "Şəhər uzlaşması" istintaqı çərçivəsində verdiyi ifadə 1 saatda tamamlanıb.

"Unikal" xəbər verir ki,  bu barədə Türkiyə Kİv məlumat yayıb.

Bildirilir ki, bunun ardınca o “korrupsiya” istintaqı çərçivəsində dindiriləcək.  

***22:54

"Terror" və "Korrupsiya" istintaqında ifadələri tamamlanan İBB Bələdiyyə Başçısı Əkrəm İmamoğlu da daxil olmaqla 91 şübhəli ədliyyəyə göndərilib.

"Unikal" xəbər verir ki, İmamoğlu ona qarşı irəli sürülən ittihamlarla bağlı prokurora ifadə verməyə başlayıb. Şübhəliləri dindirmək üçün 30 prokurorun ayrıldığı öyrənilib.

***21:56

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu və 91 nəfərin Çağlayandakı İstanbul Ədliyyəsinə sövq edilib. 

"Unikal" xəbər verir ki, bunun fonunda Ədliyyə sarayının qarşısına yüzlərlə insan toplaşıb. 

Polis qrupları ədliyyə binasına daxil olmaq istəyən vəkillərə müdaxilə edib.

***20:09

İstanbul Böyükşəhər Bələdiyyəsini (İBB) hədəf alan “korrupsiya” və “terror” araşdırmaları çərçivəsində saxlanılan İBB Bələdiyyə Başçısı Əkrəm İmamoğlu polis bölməsində ifadə verməsi prosedurları tamamlandıqdan sonra Çağlayandakı İstanbul Ədliyyəsinə sövq edilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.