Ukraynanın paytaxtı Kiyevə kütləvi hava hücumu edilib.
"Unikal" xəbər verir ki, gecə boyu Ukrayna paytaxtında silsilə partlayış səsləri eşidilib.
Kiyev Şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, zərərsizləşdirilən kamikadze dronlarının düşməsi Kiyevin 5 rayonunda qeydə alınıb.
Baş verən partlayış və yanğın nəticəsində azı 3 nəfər həlak olub, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.