Xəbər verdiyimiz kimi,  UEFA Millətlər Liqasının B diviziasının seçmə mərhələsi çərçivəsində Gürcüstan və Ermənistan komandaları Tbilisidəki "Dinamo Arena"da qarşılaşıblar. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, erməni azarkeşlər oyunun ilk dəqiqələrində 2023-cü ildə keçirilən antiterror əməliyyatından sonra ləğv olunan separatçı rejimin bayrağını açıblar. 

Qeyd edək ki, matçı Ermənistanın baş naziri Nikol Paşinyan gürcü həmkarı ilə stadionda canlı izləyir. 

Hazırda Ermənistan millisi 5-1 hesabı ilə biabırçı məğlubiyyətə uğrayır. 

Ağarza Elçinoğlu