Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib ki, tərəflər enerji obyektlərinin və infrastrukturun təhlükəsizliyinə dair təklifləri müzakirə edirlər. 

"Amerika komandası ilə danışıqlara Ər-Riyadda başladıq. Biz Ukrayna Prezidentinin layiqli sülhün bərqərar olması və dövlətimiz üçün təhlükəsizliyin təmin edilməsi tapşırığını yerinə yetiririk. Masada xüsusilə enerji obyektlərinin və infrastrukturun təhlükəsizliyi ilə bağlı təkliflər var", - nazir "Facebook" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, bu gün komandalar bir sıra mürəkkəb texniki məsələlər üzərində işləyirlər.

Ağarza Elçinoğlu