Moskvada “Səs” şousunda iştirak edən 31 yaşlı azərbaycanlı Emil Kadırov “Puşkin kartı” dövlət proqramından fırıldaqçılıq yolu ilə istifadə etdiyi üçün saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Rusiya Federasiyası İstintaq Komitəsinin məlumatına görə, o, 1,3 milyon rublu mənimsəməkdə şübhəli bilinir. 

Faktla bağlı bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi açılıb: "Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları mütəşəkkil cinayətkar qrup üzvlərinə qarşı cinayət işi açıb. Onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinirlər".

İstintaqın məlumatına görə, Kadırov 2023-cü ilin yanvarından “Puşkin Kartı” proqramı üçün ayrılmış vəsaitləri mənimsəmək üçün kompleks, çoxmərhələli plan hazırlayıb. Planı həyata keçirmək üçün o, Eldar kino-konsert zalının bədii rəhbərinin müavini Yelena Qurkonu bu işə cəlb edib.

Ağarza Elçinoğlu