İstanbulun Avcılar rayonunda bir nəfər keçmiş həyat yoldaşını, qayınanasını və baldızını güllələyib. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Qatil polis qruplarının onu razı salmaq cəhdlərinə baxmayaraq, eyni silahla intihar edib.

Qeyd olunub ki, intihar edən şəxs, keçmiş arvadı və qayınanası ölüblər, baldız isə ağır yaralıdır. 

Polis qrupları hadisə yerində araşdırmalarını davam etdirir.

Ağarza Elçinoğlu