Türkiyə Super Liqasında XXIX turun oyunları davam edir.

"Unikal" xəbər verir ki, bu gün 4 qarşılaşma keçirilib.

Çempionatın iddialı komandalarından "Fənərbaxça" "Bodrum" səfərində 4:2 hesablı qələbəyə sevinib.

"Sarı-lacivərdlilər" Super Liqa lideri "Qalatasaray"la xal fərqini 6-ya endirib.

Qeyd edək ki, sabah "Beşiktaş" evdə "cimbom"u qəbul edəcək.

Süper Liqa

XXIX tur

"Kayserispor" - "Hatayspor" 5:0

"Antalyaspor" - "Alanyaspor" 2:1

"Konyaspor" - "Qaziantep" 1:0

"Bodrumspor" - "Fənərbaxça" 2:4