Yunanıstanın Rodos adasında keçirilən qadınlar arasında şahmat üzrə Avropa çempionatı davam edir.

"Unikal" xəbər verir ki, yarışda səkkiz azərbaycanlı şahmatçı mübarizə aparır.

Bu gün 2-ci turun görüşləri keçirilib. Son Avropa çempionu Ülviyyə Fətəliyeva gözlənilmədən turu məğlubiyyətlə başa vurub. Əvəzində Gövhər Beydullayeva maksimum nəticə ilə liderlər qrupunda yer alıb.

Bu yarış həmçinin Dünya kubokuna 10 vəsiqə verəcək.

Turnirdə ümumilikdə 34 ölkədən 137 şahmatçı iştirak edir.

2-ci turda Azərbaycan şahmatçılarının rəqibləri:
Zala Url (Sloveniya) - Ülviyyə Fətəliyeva - 1:0
Ayan Allahverdiyeva - Anna Uşenina (Ukrayna) - 0,5:0,5
Antuanetta Stefanova (Bolqarıstan) - Nərmin Abdinova - 1:0
Yana Şnayder (Almaniya) - Gövhər Beydullayeva - 0:1
Türkan Məmmədyarova - Anastasiya Savina (Fransa) - 0,5:0,5
Səbinə İbrahimova - Yulia Antolak (Polşa) - 0,5:0,5
Aqnessa Ter-Avatesyan (Latviya) - Gülnar Məmmədova - 0:1
Eleni Reveliotti (Yunanıstan) - Lalə Hüseynova - 0:1

Turnir cədvəli: 1. Moniko Soçko (Polşa), 2. Eline Roebers (Niderland), 3. İrina Bulmaqa (Rumıniya), ...10. Gövhər Beydullayeva - hamısı 2, 27. Gülnar Məmmədova, 33. Ayan Allahverdiyeva, 34. Türkan Məmmədyarova, 37. Səbinə İbrahimova - hamısı 1,5. 57. Ülviyyə Fətəliyeva, 89. Lalə Hüseynova - hər ikisi 1 xal, 93. Nərmin Abdinova - 0,5 xal.