Bu gün Misli Premyer Liqasının XXIX turunda "Qarabağ" "Zirə" ilə qarşılaşacaq.

"Unikal" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 19:30-da başlayacaq.

Ağdam təmsilçisi 67 xalla turnir cədvəlinə başçılıq edir. 55 xala malik "Zirə" ikinci yerdədir.

Turun digər matçında "Sabah" "Kəpəz"i sınağa çəkəcək. Saat 17:00-da start götürəcək görüş “Bank Respublika Arena” da reallaşacaq.

Paytaxt təmsilçisi 36 xalla turnir cədvəlində beşinci sırada qərarlaşıb. 24 xalı olan gəncəlilər doqquzuncu pillədə yer alıb.

Qeyd edək ki, turun açılış qarşılaşamasında "Səbail" doğma meydanda "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb.