"Bəhram Rəcəbzadə dünya səviyyəsində tanınmış idmançıdır. Onu milyonlarla insan tanıyır və sevir. Qələbə münasibətilə təbrik edirəm və fəaliyyətlərində uğurlar arzulayıram".

"Unikal" xəbər verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev deyib. 

“Bəhram ölkəmizi həm də yaxşı tanıtdırır. Onun döyüşlərini milyonlarla insan izləyir. Hər dəfə Azərbaycanın adı çəkiləndə insan qürur duymaya bilmir. Üstəlik, xaricdə yaşayan soydaşlarımız idmançılarımızı tək qoymurlar. Bəhramın son döyüşündə də yüzlərlə soydaşımız döyüşünü canlı izləyirdi və idmançımıza öz dəstəyini göstərirdi.

Bu gün ölkəmizdə idmanın inkişafı üçün hər cür imkan və şərait yaradılıb. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev idman siyasətini düzgün qurub. Bu siyasət gənclərin sağlam və vətənpərvər formalaşmasına böyük təsir göstərir. Azərbaycan Kikboksinq Federasiyası fəaliyyətini bu siyasətə uyğun aparır".

Orxan Əliyev federasiyanın ölkədə idmanın kütləvilişdirilməsində xüsusi rol oynadığını qeyd edib.

"Hər bir kikboksçu buna öz uğurlu töhfəsini verir. Federasiyada bu ənənənin əsasını Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev qoyub. Çalışırıq ki, bütün gücümüzlə ölkədə gənclərin idmana cəlb olunmasına nail olaq”,- deyə O.Əliyev əlavə edib.

Qeyd edək ki, Azərbaycan Kikboksinq Federasiyasının milli yığma komandasının üzvü, İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya çempionu və Avropa çempionatlarının mükafatçısı Bəhram Rəcəbzadə “GLORY" kikboksinq peşəkar təşkilatının aprelin 5-də

Qran-Pri 32-lik turnirində niderlandlı Brian Douves adlı ağır çəkili idmançı ilə mübarizə aparıb. Bəhram Rəcəbzadə birinci raunda rəqibini nakautla məğlub edib.