“Azarkeşlərin İrfan Canın adını səsləməsindən məmnunam, amma bunu hər bir futbolçuya münasibətdə etmədikləri üçün məyusam”. 

"Unikal" xəbər verir ki, bunu “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo deyib. O, dünən “Trabzonspor”a 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra azarkeşlərin məşqçidən tələbləri barədə sualı cavablandırıb.

Mourinyo deyib: “Fənərbağça”nın ən azı 35 milyon məşqçisi var. Çünki 35 milyonluq azarkeş ordusuna malikik  Amma qərarları yalnız bir məşqçi verir. Bu qərarlar doğru və ya səhv ola bilər. Amma bir nəfər bu qərarları verir. Azarkeşlərin səsləməsi mənim fərqli qərar verməyimə səbəb olmaz. İrfan da İsmayıl kimi zədələr yaşadı. Dünən komandaya tədricən qoşulmağa başladı. Azarkeşlər bu kimi detalları bilmir, amma bir nəfər bilir”.