Argentinalı hücumçu Lionel Messinin çıxış etdiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.
"Unikal" xəbər verir ki, komanda 7-ci turda öz meydanında “Toronto” ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
“İnter Mayami”nin yeganə qolunu Lionel Messi vurub. Federiko Bernardeski 45+2-ci dəqiqədə hesabı açıb. Messi isə 45+5-ci dəqiqədə hesabı bərabərləşdirərək komandasına bir xal qazandırıb.
"İnter Mayami” 6 oyundan sonra 14 xalla 2-ci sıradadır. Lider "Kolumbus"un 15 xalı var.