Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları üçün hakim təyinatları açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Görüşlər adları aşağıda qeyd olunan hakimlərə tapşırılıb:
8 aprel
23:00. "Bavariya" (Almaniya) - "İnter" (İtaliya)
Hakimlər: Sandro Şerer, Stefan de Almeyda, Yonas Erni, Lukas Fendriç (hamısı İsveçrə)
VAR: Fedayi San (İsveçrə)
AVAR: Pol van Bukel (Niderland)
23:00. "Arsenal" (İngiltərə) - "Real" (İspaniya)
Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Beljo, Miloş Qiqoviç (hamısı Bosniya və Herseqovina)
VAR: Bastian Dankert (Almaniya)
AVAR: Kristian Dinqert (Almaniya)
9 aprel
23:00. "Barselona" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)
Hakimlər: Espen Eskos, Yan-Erik Enqan, İsaak Elias Başevkin, Rohit Sacci (hamısı Norveç)
VAR: Dennis Hiqler (Niderland)
AVAR: Kley Ruperti (Niderland)
23:00. PSJ (Fransa) - "Aston Villa" (İngiltərə)
Hakimlər: Mauritsio Mariani, Daniele Bindoni, Alberto Teqoni, Simone Sozza (hamısı İtaliya)
VAR: Marko Di Bello (İtaliya)
AVAR: Luka Pairetto (İtaliya)
Qeyd edək ki, bu komandalar arasında cavab oyunları 15 və 16 aprel tarixlərində keçiriləcək.