"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland klubu tərk edə bilər.

"Unikal" xəbər verir ki, 24 yaşlı futbolçu klubunu dəyişmək imkanlarını nəzərdən keçirilir.

Qeyd edək ki, Haalandın "şəhərlilər"lə müqaviləsi 2034-cü ilin yayına qədərdir. Lakin futbolçu ayrılmaq qərarında qəti olsa, "Mançester Siti" onu saxlamaqda çətinlik çəkəcək.

PSJ və "Bavariya" Haalandla bağlı vəziyyəti izləyirlər.