Cari mövsümün sonunda İngiltərənin "Mançester Siti" klubundan ayrılacağını açıqlayan Kevin De Bröyne karyerasını ABŞ-da davam etdirə bilər.

"Unikal" ESPN-ə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi MLS-də mübarizə aparan "İnter Mayami"nin maraq dairəsinə düşüb.

İddiaya görə, Devid Bekhemin sahibi olduğu, Lionel Messi, Luis Suares, Jordi Alba və Serxio Busqets kimi futbolçuların çıxış etdiyi klub yaxın günlərdə 34 yaşlı pleymeykerlə danışıqlara başlayacaq.

Daha əvvəl Səudiyyə Ərəbistanı klublarının da təcrübəli futbolçu ilə maraqlandığı barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Kevin De Bröyne bu mövsüm 30 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə edib.