İngiltərə Premyer Liqasının XXXI turunun mərkəzi oyunundan sonra “Mançester Siti”nin futbolçusu Cek Qrilişi yumruqla vuran “Mançester Yunayted” azarkeşi saxlanılıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 20 yaşlı gənc fanat iyul ayında məhkəmə qarşısına çıxarılacaq. O, ingiltərəli yarımmüdafiəçiyə hücum etməkdə ittiham olunur.
Araşdırmalar davam etdiyi üçün klublar məsələyə şərh verməkdən imtina ediblər. “Qırmızı şeytanlar”ın nümayəndələrinin polislə sıx əməkdaşlıq etdiyi bildirilir.
Qeyd edək ki, hadisə qolsuz başa çatan derbi görüşündən sonra baş verib. Cek Qriliş meydanı tərk edərkən azarkeşlərdən biri yarımmüdafiəçini yanına çağırıb. Tunelin yaxınlığındakı tribunaların altında gedən mübahisə zamanı azarkeş futbolçunu vurub.