Bu gün UEFA Çempionlar Liqasında 1/4 finalın ilk oyunları yekunlaşacaq.
"Unikal" xəbər verir ki, 2-ci oyun günündə "Barselona" Dortmund "Borussiya"sını qəbul edəcək. Görüş Norveçdən olan hakimlər briqadasına həvalə olunub.
Digər oyunda isə PSJ evdə "Aston Villa" ilə qarşılaşacaq. Bu matçı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu 15 və 16 apreldə keçiriləcək.
Qeyd edək ki, 1/4 finalın ilk oyunları çərçivəsində ötən gecə 2 matç keçirilib. "Real" "Arsenal"a, "Bavariya" "İnter"ə uduzub
9 aprel
23:00. "Barselona" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)
Hakimlər: Espen Eskos, Yan-Erik Enqan, İsaak Elias Başevkin, Rohit Sacci (hamısı Norveç)
VAR: Dennis Hiqler (Niderland)
AVAR: Kley Ruperti (Niderland)
23:00. PSJ (Fransa) - "Aston Villa" (İngiltərə)
Hakimlər: Mauritsio Mariani, Daniele Bindoni, Alberto Teqoni, Simone Sozza (hamısı İtaliya)
VAR: Marko Di Bello (İtaliya)
AVAR: Luka Pairetto (İtaliya)
8 aprel
"Bavariya" (Almaniya) - "İnter" (İtaliya) - 1:2
"Arsenal" (İngiltərə) - "Real" (İspaniya) - 3:0
Yarımfinal cütləri:
"Arsenal" (İngiltərə) - "Real" (İspaniya) / PSJ (Fransa) - "Aston Villa" (İngiltərə)
"Bavariya" (Almaniya) - "İnter" (İtaliya) / "Barselona" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya