İspaniya çempionu və Çempionlar Liqasının qalibi "Real Madrid"in italiyalı baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda İngiltərə ikincisi "Arsenal"a 0:3 hesablı məğlubiyyəti şərh edib.
"Unikal" xəbər verir ki, baş məşqçinin sözləri xarici KİV-də yayımlanıb.
"Əlbəttə, bu məğlubiyyətə görə ilk növbədə mən cavabdehəm, heç bir şübhə yoxdur. Bir saat oyunumuzda hər şey qaydasında idi, sonra iki penalti zərbəsinin cəzasını baha ödədik. Yekun hissədə lazımi psixoloji münasibət nümayiş etdirmədik.
İkinci hissədə heç nə baş vermədi. Fərdi hərəkətlərlə itirdiklərimizi geri qaytarmağa çalışırdıq, lakin təşkilatlanmanı itirdiyimiz üçün bu, bizim əleyhimizə işlədi. Nəticədə rəqib topa və oyunun gedişinə daha yaxşı nəzarət edirdi.
Ağır məğlubiyyətdir. Növbəti mərhələyə yüksəlmək şansı azdır, amma buna çalışacağıq. Pis oyuna düzgün reaksiya verməlisən. Cavab oyununa qədər nə edə biləcəyimizi görək. Futbolda hər şey mümkündür", - deyə o qeyd edib.
Onu da deyək ki, cavab oyunu aprelin 16-da Madriddə keçiriləcək.
Ağarza Elçinoğlu