Azərbaycan milli komandasının və “Qarabağ”ın sabiq hücumçusu Vüqar Nadirov atasının məzarını ziyarət edib.
"Unikal" xəbər verir ki, Ermənistanın işğalı zamanı onminlərlə azərbaycanlının qəbri kimi Vüqar Nadirovun atası Ərşad Nadirovun da qəbri dağılıb və Ağdam azad olunduqdan təxminən 4 il yarım sonra çətinliklə aşkarlanıb.
V.Nadirov ötən gün işğaldan azad olunan Ağdam rayonuna səfəri zamanı atasının məzarına baş çəkib.
Qeyd edək ki, "General Ərşad" ləqəbli Ərşad Nadirov 1993-cü ilin iyulun 22-də 43 yaşında şəhid olub və Ağdam rayonunda dəfn edilib.