"Real Madrid"in 21 yaşlı ingilis yarımmüdafiəçisi Cud Bellinqem Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda İngiltərə vitse-çempionu "Arsenal"a 0:3 hesablı məğlubiyyəti şərh edib.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

"Bəxtimiz gətirdi ki, cəmi 3 qol buraxdıq. Qələbədən uzaq idik. Bu bir faktdır və "Arsenal" çox yaxşı oynayırdı. Bəli, iki qol penaltidən idi, amma daha çox qol vura bilərdilər. Cavab matçı var və biz qələbə qazanacağımıza ümid edirik", - deyə o qeyd edib. 

Qeyd edək ki, cavab oyunu aprelin 16-da Madriddə keçiriləcək.

Ağarza Elçinoğlu